Back to Articles
1 July 2026|By Mahammad Shikhiyev

Süni intellekt: dəyişən dünyanın yeni imkanları.

Summary

Süni intellekt müasir texnologiyanın mühüm istiqamətlərindən biridir. Yazıda AI-nin müxtəlif sahələrdə yaratdığı imkanlar, insan fəaliyyətinə təsiri və məsuliyyətli istifadəsinin əhəmiyyəti qısa şəkildə araşdırılır.

Süni intellekt: dəyişən dünyanın yeni imkanları.

Texnologiyanın inkişafı ilə birlikdə süni intellekt (AI) həyatımızın müxtəlif sahələrində, o cümlədən hüquq sahəsində də getdikcə daha geniş istifadə olunmağa başlayır. Bu gün süni intellekt yalnız texniki bir vasitə deyil, həm də peşə fəaliyyətinin daha səmərəli təşkili üçün yeni imkanlar yaradan mühüm texnoloji vasitələrdən biridir. Hüquq sahəsində süni intellekt böyük həcmdə məlumatların təhlili, hüquqi sənədlərin hazırlanması, normativ aktların araşdırılması və müxtəlif hüquqi proseslərdə vaxtın daha səmərəli istifadəsinə kömək edə bilər. Rutin və çox vaxt aparan işlərin daha sürətli həyata keçirilməsi hüquqşünaslara öz ixtisaslarına uyğun əsas fəaliyyətə, analitik düşüncəyə və hüquqi qiymətləndirməyə daha çox diqqət ayırmağa imkan yaradır.

Məhəmməd Şıxıyevin fikrincə, süni intellekt insan əməyini tam əvəz edən bir vasitə kimi deyil, insanın peşə imkanlarını genişləndirən texnologiya kimi qiymətləndirilməlidir. AI vasitəsilə insanlar öz ixtisaslarına uyğun daha səmərəli işləyə, analitik biliklərindən daha geniş istifadə edə bilərlər. Süni intellekt məlumatları emal etmək və təhlil aparmaq imkanına malik olsa da, düşünmək, etik qiymətləndirmə aparmaq, hüquqi mövqey formalaşdırmaq və ədalət anlayışına əsaslanan qərarlar vermək insanın əsas xüsusiyyətləri olaraq qalır. Yaradıcılıq, məsuliyyət və hüquqi təfəkkür yalnız insan amili ilə bağlıdır. Bu baxımdan süni intellektdən qorxmaq deyil, onun imkanlarını düzgün dəyərləndirmək vacibdir. Süni intellekt hüquqşünasların fəaliyyətini asanlaşdıra, vaxt itkisini azalda və daha keyfiyyətli hüquqi xidmətlərin göstərilməsinə şərait yarada bilər.

Gələcəkdə süni intellekt hüquq sahəsində mühüm rol oynamağa davam edəcək. Lakin texnologiyanın inkişafı ilə yanaşı, insan biliyi, təcrübəsi və analitik düşüncəsi bu prosesin əsas istiqamətləndirici amili olaraq qalacaq.

Müəllif: Məhəmməd Şıxıyev